Şahin İlqar - "Sən Uşaq Ağlınla..."

26 Ocak 2018
6 218
0
Şahin İlqar - "Sən Uşaq Ağlınla..."

Qorxulu gözlərin qəm kölgəsində,
Ağlaya-ağlaya gülmək çətindir.
Üzəcək qəlbini hər nəfəsində,
Sevgimi, nifrətmi, bilmək çətindir...


Ürək daşa dönür dərdə doyanda,
Eşqin kitabında sən ən sondaydın.
Gözlərin qəlbimi oğurlayanda,
Sən öz qismətinin arzusundaydın.


Kaş mən də öləydim ümidim kimi,
Əlini başqa bir ələ uzatdın.
Sən uşaq ağlınla şair qəlbimi,
Zülmət gecələrin qoynuna atdın...

Şahin İlqar

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.