Səni unutmadım, sən də unutma

02 Kasım 2014
3 297
0
 Səni unutmadım, sən də unutma
 Səni unutmadım, sən də unutma

Yenə axşam-axşam yadıma düşdün,
Çoxluca salam var, yadımdan sənə.
Özü deyə bilmir, danışa bilmir,
Yazdırır birə-bir adımdan sənə.

Gözlərim bir yerə zillənir, qalır,
Sanki qaçırmıram gözümdən səni.
Nə sən uzaqdasan, nə mən yaxında,
Görürəm kənarda özümdən səni…


Heç sən də günahkar deyilsən bəlkə,
Səhvimi boynuma ala bilmirəm.
Ya heç kim sözümü anlaya bilmir,
Ya da ki, mən başa sala bilmirəm.

Sənin xatirinə, sənin eşqinə,
Həsrətin canımı alsa da olar.
Heyif ki, yanımda deyilsən mənim,
Ürəyim yanında qalsa da olar…


Səni unutmadım, sən də unutma,
Ürəyin həmişə mənimlə olsun.
Məni unutmağı bir yolluq unut,
Məni unutmamaq yadında qalsın

(İLkin keriMli)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.