Tərpənmə, amandır, bala qəflətdən ayılma

03 Kasım 2014
1 448
0
Tərpənmə, amandır, bala qəflətdən ayılma
Tərpənmə, Amandır, Bala Qəflətdən Ayılma
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala laylay!
Yat, qal dala laylay!
Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!
Açsan gözünü, rəncü-məşəqət görəcəksən,
Millətdə qəm, ümmətdə küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyhat görəcəksən,
Çək başına yorganını, nikbətdən ayilma
Laylay, bala, laylay!
Yat, qal dala laylay!
Bir ləhzə ayıldınsa, qutar canını, yuxla,
At tiryakını, meyl elə qəlyanını, yuxla,
İncinsə sağın, ver yerə sol yanını, yuxla,
İllərcə şüar etdiyin adətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!
Göz nurudur uydu, onu dur etmə gözündən,
Yol vermə məbada çıxa bir an sözündən,
Amma elə bərk yuxla ki, hətta get özündən,
Afaqı dutan şurü qiyamətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Müəllif: Mirzə Ələkbər Sabir
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.