Üreyi senincun vururmu yene?

04 Kasım 2014
5 293
0
Üreyi senincun vururmu yene?
Üreyi senincun vururmu yene?

Həmişə saçını açıb tökərdin
Bu günsə saçların heç daranmayıb.
Dodağın boyasız gör nə haldasan
Bu həyat səninlə xoş davranmayıb

Üreyi senincun vururmu yene?

Həmişə geyimi dəblə alardın
İndisə köhnə bir don geyinmisən.
Gizlətmə qolunun yaralarını
Deyəsən evində çox deyinmisən.
Üreyi senincun vururmu yene?
Sevgisinə inandığın oğlanın
Ürəyi səninçün vururmu yenə?
Səni itirməkdən yaman qorxardı
Qorxusu qəlbində dururmu yenə?
Üreyi senincun vururmu yene?
Ağlama qürurun enməsin sənin
Mənimçün bir dəfə heç endirmədin
Günahkar olsan da mən barışmışam
Özün gəlib məni heç dindirmədin
Üreyi senincun vururmu yene?
Qaldır sən ey qadın,qaldır başını
Yenə də qarşımda vüqarla dayan.
Dik bax gözlərimə əyilmə qadın
Bu tale,bu baxta israrla dayan.
Üreyi senincun vururmu yene?
Özümə ağladım mən illər boyu
Özünə ağlatma,ağlatma məni.
Vəfalı olmuşam öz yoldaşıma
İndisə bu yolda axsatma məni
Üreyi senincun vururmu yene?
Nə sığal çəkərəm telinə sənin
Axan göz yaşını qurutmaram mən.
Alıb qollarıma xoş sözləriylə
Yalan kəlmələrlə ovutmaram mən
Üreyi senincun vururmu yene?
Daha gecdi ikimiz də evliyik
Bu görüş də olsum bizim sirrimiz
Mən oğluma deyim sənsə qızına
Xəbər etsin ölsək hansı birimiz


Müəllif:Fərid Məmmədov
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.