SƏNSİZDİ ŞƏHƏR..

19 Ağustos 2014
1 832
0
SƏNSİZDİ ŞƏHƏR..
SƏNSİZDİ ŞƏHƏR..



Yoxsan,gülüm,
Sənsiz qalıb bu şəhər.
Havasına qarışmır nəfəsin
Qulağıma dəymir həzin səsin..
Sənsiz qəribsəyib şəhər.
Bozarlb yam yaşıl küçələri,
İndi cəhənnəmi andırır gözəl gecələri
Üzünə həsrət qalıb bu şəhərdə neçələri.
Yoxsan, gülüm,
Sənsiz qalıb bu şəhər
İnsanlarıda susub lal olub
Ayaq izlərin də yoxa cıxıb,dönüb xəyal olub
Hər daşında bir xatirən var
Yox olsun səni bu şəhərdən aparan qatar.
Yoxsan,gülüm,
Sənsiz susub şəhər, üzü gülmür.
Nə yaşaya bilir nə də ki, ölmür.
Dön, gülüm ,
Nəfəsisən bu şəhərin
Canısan,ciyərisən,
Hər şeyisəb bu şəhərin
Dön,gülüm,
Yaşaya bilməz sənsiz nə bu şəhər,
Nə də ki, səni sevən kəslər..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.