Sənsiz nə mənası var? - Şeir

04 Haziran 2021
1 374
0
Sənsiz nə mənası var?  - Şeir
Əliyev Tanrıverdi Niyaməddin oğlu 2003-cü il 17 iyun tarixində Bakı şəhərində anadan olmuşdur. Atası I qrup Qarabağ əlilidir. O, 2009-2015-ci illərdə Hacıqabul şəhər 8 saylı Humanitar Fənlər Təmayüllü Məktəb-Liseydə orta təhsil almışdır. 2015-2018-ci illərdə Şirvan şəhər İstək liseyində təhsilini davam etdirmişdir.Daha sonra isə o yenidən öncəki orta məktəbinə qayıdaraq orta təhsilini başa vurmuşdur.2021-ci ildə onun "Poeziya Ulduzları" adlı şeir kitabımın işıq üzü görmüşdür. Gənc şair Hal-hazırda Azərbaycan Dillər Universitetinin I kurs tələbəsidir. “Qızıl qələm “mükafatı və”Ziyadar “ mükafatı laureatıdır.


Sən hərfi-sərkeşsən,sənsiz yox ğəzəldə məna
Ey surəti-nur mənim ehtiyacım var sana

O sərvi-gərdanına münasib oldu qızıl bağ
Dəstində şayan oldu, nişani-əyar sana

Giryan qıldı bu çeşmim baxdıqca surətinə
Görməz səndən səva gözəl aşiq olar sana

O kətan geyminə heyrandır, ətri-rayihə
Libasında oldu şayan müşki-ənbar sana

Sən bənövşəsən,cəldi-cəzb etdin pərvanəni
Fateh de, ey gül, yaraşdı cənnəti-diyar sana



Sənsiz nə mənası var?


Mən əkbər fatehəm, bahadır sultan
Sənsiz tacı-taxtın nə mənası var?!
Kaş ki sağ olaydın , ey şahənşahım
Sənsiz bu həyatın nə mənası var?!

Açıbdır laləzar, çəməndə xəndan
Öz şirin ətrini, eyləyir əfşan
O gözəl qoxuya qərq olub cəhan
Sənsiz ətriyyatın, nə mənası var?!

Dünya pərvaz edir Günəş yanında
Ulduzlar qaynaşır gecə çağında
Fələk baş əyibdir sənin qarşında
Sənsiz Kainatın nə mənası var?!

Dəclədir Fərata ən yaxın qardaş
Mənsəbi körfəzdir, mənbəyi dağ-daş
Sən Dəclə kimisən, Fərata yoldaş
Sənsiz o Fəratın nə mənası var?!

Sahildə gəzərkən düşdün yadıma
Ağlıma gəldi ki, qıyım canıma
Gəlim o dünyaya sənin yanına
Sənsiz bu həyatın nə mənası var?!

Tökdüm göz yaşımı lap xəzan kimi
Sam-sakit dayandım, bir ümman kimi
Fəryad eylədim mən, o tufan kimi
Sənsiz rahatlığın nə mənası var?!

Mən ustad şairəm, sözlərim əlvan
Eşqimi edirdim şeirdə bəyan
Sən məni eylədin, mahir qəzəlxan
Sənsiz şeyriyyatın nə mənası var?!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.