Məni sevgilimdən ayırma ana!

09 Aralık 2014
2 110
0
Məni sevgilimdən ayırma ana!
Məni sevgilimdən ayırma ana!

Sen ol çətin hallarda bala dayağı,
Çəkmə ürəyimə ayrılıq dağı.
Mənim taleyimin ilk bahar çağı
Məni sevgilimdən ayırma ana!
Məni sevgilimdən ayırma ana!
Həyatın varlığı həyatda dönür,
Dərdimə bir əlac ölüm göruünür.
Özüm yandırdığım çıraqda sönür
Məni sevgilimdən ayırma ana!
Məni sevgilimdən ayırma ana!
Yaşaya bilmirəm bir anda onsuz
Göz yaşım sahilsiz, kədərim sonsuz,
O mənim bəxtimə doğan bir ulduz.
Məni sevdiyimdən ayırma ana!
Məni sevgilimdən ayırma ana!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.