Səninlə son dəfə görüşə bilsəm

23 Ağustos 2014
1 377
0
Səninlə son dəfə görüşə bilsəm
Səninlə son dəfə görüşə bilsəm


Səninlə son dəfə görüşə bilsəm,
Dərdimi,sərimi bölüşə bilsəm,
Hicran kədərimi sənə danışıb,
Sonra qaranquştək ötüşə bilsəm.

Sən mənim bir sevgi budağım idin,

Sındı ümidlərim o budaq kimi,
Sən mənim məhəbbət ağacım idin,
Soldu arzularım o yarpaq kimi.

Səninlə danışam bir bahar günü,

Yox,payız olmasın,sevmirəm onu.
Bu gün mənim üçün bir qəhər günü,
Payız alt-üst etdi ümid,arzunu.

Səninlə son dəfə göz-gözə gəlsəm,

Şirin xəyallara dalaram bəlkə.
Mən səni görüb də sonradan ölsəm,
Sevgitək qəlbinə dolaram bəlkə.



Redaktə etdi: ChoCoLaTe
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.