Sevərsənmi?

23 Ağustos 2014
2 061
0
Sevərsənmi?
Sevərsənmi?

Bir gül dərsəm - gülərsənmi,
Haray salsam - gələrsənmi,
Ayrılığın göz yaşını
Silərsənmi, silərsənmi?.

[center]Sevərsənmi?
[/center]

Bu dünyada varım sənmi,
Vardan əzəl yarım sənmi,
Bir kimsəni məndən əziz
Bilərsənmi, bilərsənmi?...


Sevərsənmi?


Yollarıma yağan çənmi,
Saçlarıma düşən dənmi,
Bu yollarda mənə uğur
Dilərsənmi, dilərsənmi?...


Sevərsənmi?


Gec qayıtsam - dözərsənmi,
Tez qayıtsam - bezərsənmi,
Sənə könül bağışlasam,
Sevərsənmi, sevərsənmi?


Sevərsənmi?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.