Bir sevgi isteyirəm

24 Ağustos 2014
3 017
0
 Bir sevgi isteyirəm
 Bir sevgi isteyirəm


Bir sevgi istəyirəm,
Həsrət yağan üzümə,
Yeni gülüş gətirsin.
Alsin məni kədərdən,
Seadətə götürsün.
Xəstəyə dərman kimi,
Özün mənə yetirsin.
Dərdlərimi bitirsin.
Bir sevgi istəyirəm,
Günəş kimi isitsin,
Bədənimi, üzümü,
Başdan dəyişsin tamam,
Həyatimin düzümü..
Sevgilərlə bəzəsin,
Əzab yağan gözümü,
Allaha yalvariram,
eşit mənim sözümü...
Bir sevgi istəyirəm,
Bakinin küləyitək,
Əbədi olsun gərək.
Duyğular yatağinda,
Ruhumuzla sevişək
Əzablardan ayrilib,
Kədərlərdən qurtulub,
Səadətə ərişək....
Bir sevgi istəyirəm,
Keçmişimdən qoymasin,
Bir nişanə, nə bir iz,
Gözlərinə baxanda ,
Özümü görüm onda,
Titrasin əllərimiz.
Bir sevgi istəyirəm,
Məni sevsin ölüncə,
Xəzan düşən ömrümə,
BAhar gəlsin yeniden,
Gözlərindən gülüncə,
Çoxmu belə düşüncə?
Çoxmu şey istəyirəm?
Keçici həvəslərdən,
Yalançi nəfəslərdən,
Bezmişəm inan daha,
Yalvariram Allaha,
Sevilməy istəyirəm,
Çoxmu şey istəyirəm?


Redaktə etdi: .::CuPPuLu::.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.