Yağmamışdır yaz yağışı, nə qədər ki, içindədir o göz yaşı...

24 Ağustos 2014
1 614
0
Yağmamışdır yaz yağışı, nə qədər ki, içindədir o göz yaşı...
Yağmamışdır yaz yağışı, nə qədər ki, içindədir o göz yaşı...
[center]Budur!
Yenə dəniz,yenə mən.
Bir musiqi eşidilir
Dərinlikdən...
Dalğalar ifa edir bu nəğməni
Öz səsiylə bihuş edir
Dəniz məni...
Səmaların açıq rəngi
Əks olunub üzərində
Bir susqunluq hokm sürür
Ən bəxtəvər günlərində

Mavi gözlər hey üzümə zillənir
Bu musiqi aman Allah...
Necə həzin səslənir...
Bir mələyin gözlərindən
Sızıb çıxan o göz yaşı
Yanağından süzüb düşdü
Sevincimlə yanaşı...

Dəniz deyib bu sözləri
Dalğalandı
Aşıb daşdı...
Bu hay-küyə tək səbəbkar
Bircə damla
Göz yaşıdı...


Bir göz yaşı qərq olubdu içində...
Dənizə hakim olub
Bu boyda,bu biçimdə...
Bu göylərin mənə qarşı
Bir amansız savaşıdı
Mənə düşən o bir damla...
Lənətlənmiş göz yaşıdı..

Titrək səsin ovsunlayır
Hər qayanı,hər daşı..
Ömrün boyu yanacaqsan,ay dəniz...!!!
Nə qədər ki...
Yagmamışdır yaz yağışı.
Nə qədər ki...
İçindədi o göz yaşı...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.