Bağladım qəlbimin qapılarını

25 Ağustos 2014
1 701
0
Bağladım qəlbimin qapılarını
Bağladım qəlbimin qapılarını


Bağladım qəlbimin qapılarını
Səndən bir özgəsi girməsin deyə...
Bəzən qorxu gəldi , qapımı döydü,
Açmadım, qorxumu görməsin deyə...
Bağladım qəlbimin qapılarını
Bəzən vefasızlar döydü qapımı
Qorxdum ki, aparar məndən vəfanı..
Dedim mənim vəfam, mənə gərəkdir,
Qəlbinə özgədə axtar şəfanı...
Bağladım qəlbimin qapılarını
Bəzən dilənçilər döydü qapımı,
İstədi eşqimdən , alsın bir qədər
Dilənçi, get dilən o eşq yolunda ,
Bəlkə öz eşqindən verər bir nəfər...
Bağladım qəlbimin qapılarını
Bilirsən qəlbimdə sən var olarkən,
Çox güclü, yenilməz olmuşdu qəlbim
Sənə bəslədiyim eşq güclü idi,
Bu gücü verirdi mənə saf eşqim...
Bağladım qəlbimin qapılarını
Sənsiz daha gəlmir o dilənçilər,
Vəfasızlar döymür qapımı daha..
O qorxu var idi, bax həmin qorxu
Oturdu mənə çox şeylərdən baha...
Bağladım qəlbimin qapılarını
Qapımı açmağı bacardı kədər,
Sənin yerin oldu onların yeri..
Qəm, hicran ,həsrət var sənin yerində
Hakim olublar sən gedəndən bəri..
Bağladım qəlbimin qapılarını
İndi axtarıram səndə şəfanı,
O dilənçi kimi bu eşq yolunda.
Eminin qelbinə şəfa gərəkdir,
Necə ki, gərəyi idi onun da ....
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.