Sən Demə

14 Ağustos 2014
3 055
0
Sən Demə
Sən Demə


Sən demə bu yolun yox imiş sonu,
Biz çata bilmədik mənzil başına.
Burda başa çatdı sevgi oyunu,
Dəydi ilk oxumuz həsrət daşına.

Ayrıla bilmədi gözüm-gözünlə,
Belə bir ayrılıq çətindən-çətin.
Sənin bircə kəlmə acı sözünlə,
Nöqtəsi qoyuldu bir məhəbbətin.

Tüstüsüz-alovsuz bir od-ocaqmış,
Bağrımı döndərdi külə məhəbbət.
İndi ki ruhumu yandıracaqmış,
Nəyimə gərəkdi belə məhəbbət?

Nəyimə gərəkdi sonunda əgər
Bir ümid işığı yoxsa bu eşqin
Bir damla sevincdir, bir ümman kədər,
Zülmü cəfasından çoxsa bu eşqin.

Məni yavaş-yavaş əritdi bu eşq,
Sevdim,sevməyimə peşiman oldum.
Ömrümü-günümü çürütdü bu eşq
Sonralar hər kəsdən bədgüman oldum.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.