Gizli istedadınız var?
1.Yuxuda tez-tez uçursunuz?
a)heç vaxt
b)altı aydanbir
c)həmişə
2.Evdə işlə məşğul olduqda, eyni zamanda
a)evdəkilərə hirslənirsiniz
b)soyuq şirə içirsiniz
c)rəqs edir və mahnı oxuyursunuz
3.Yeni paltar geyinmək sizdə nə qədər vaxt aparır?
a)bir neçə dəqiqə
b)təxminən yarım saat
c)nə qədər vaxt tələb edirsə, o qədər
4.Hansı güllərə üstünlük verirsiniz?
a)çəmən güllərinə
b)qərənfil və lalələrə
c)qızılgüllərə
5.Sizə baxanda xoşunuza gəlir?
a)xeyr, mənə elə gəlir ki, xarici görünüşümdə nə isə çatışmır
b)mənim üçün önəmli deyil
c)bəli, mən hətta yerişimi və duruşumu dəyişirəm
6.Əgər bayram masasına birinci oturursunuzsa, hansı yeri seçirsiniz?
a)qıraqda bir yer
b)mətbəxə qaçmaq üçün rahat yer
c)tam ortada ki, məni hər kəs görsün
7.Özünüzə baxmağı xoşlayırsınız?
a)bir az
b)xoşlayıram, amma vaxtım yoxdur
c)çox sevirəm, işim olsa belə, salona getməyi unutmuram
8.İldə neçə dəfə tədbirlərə gedirsiniz?
a)birdən çox deyil
b)iki-beşarası
c)beşdən çox
9.İşgüzar görüşdə özünüzü necə aparırsınız?
a)gözə girməməyə çalışıram
b)sual veriləndə cavab verirəm
c)hər zaman öz fikrimi bildirməyə çalışıram
10.Sevdiyiniz saç düzümü?
a)düz saçlar
b)hər zamankı saç düzümüm
c)dağınıq, hündür, qeyri-adi saç düzümü
Yekun:
Hər “A” variantı üçün 1, “B” variantı üçün 2 və “C” variantı üçün 3 bal ayırın. Sonra üst-üstə gəlin.
10-16: Təəssüf! Ya sizin gizli bacarıqlarınız yoxdur, ya da onlar çox dərindədir. Rahat yaşayın və edə biləcəyiniz işlərdən çox üzərinizə götürməyin.
17-23: Ola bilsin gizli istedadınız var, lakin bunu ya özünüzə, ya da başqalarına bildirmirsiniz.
24-30: Sizin istedadınız göz qabağındadır. Çox yaxında o, üzə çıxıcaq və həyatınızı tamamilə dəyişəcək.