Necə evdar Xanımsınız? - TEST

03 Temmuz 2016
2 009
0
Necə evdar Xanımsınız? - TEST
Feat.Az qadınların necə evdar xanım olmasını qiymətləndirmək üçün Bolqarıstanda tədbiq olunan test suallarını təqdim edir:

1-Düşünsək ki, evdə zəruri əşyların çoxu yoxdur və siz yalnız bir əşya ala bilərsiz. Hansını seçərdiniz?

a) soyuducu (30 xal)
b) televizor (5 xal)
c) paltaryuyan maşın (20 xal)
d) palto (10 xal)


2- Qarderobunuzu tez-tez nizama salırsınız?

a) hə (20 xal)
b) yox (10 xal)

3- Mənzilinizi hər həftə eyni gündə təmizləyirsiniz?

a) hə (20 xal)
b) yox (6 xal)

4- Qonaqlar gələnə qədər mətbəxdəki işlərinizi yerinə yetirə bilirsinizmi?

a) hə (20 xal)
b) yox (8 xal)

5- Qonaqlara yanmış piroq təqdim etmisiniz?

a) hə (10 xal)
b) yox (15 xal)

6- Qonaqlara özünüzün xidmət etməyiniz sizə xoş təəssurat bağışlayırmı?

a) hə (15 xal)
b) yox (6 xal)

7- Mağazaya gedərkən əvvəlcədən alacağınız ərzağın siyahısını tutursunuz?

a) hə (20 xal)
b) yox (3 xal)

8- Özünüzün seçmə yeməyiniz varmı?


a) hə (15 xal)
b) yox (8 xal)

9- Kulinariya kitablarından istifadə edirsinizmi?

a) hə (12 xal)
b) yox (8 xal)

10- Ev işlərində əriniz sizə kömək edirmi?

a) hə (12 xal)
b) yox (6 xal)

11- Mətbəxdə cihaz və əşyalar hər zaman rəflərə yığılmış haldadır?

a) hə (25 xal)
b) yox (6 xal)

12- Soyuducu ev təsərrüfatında ən zəruri əşyadır?


a) hə (16 xal)
b) yox (4 xal)

Əgər xallarınızın cəmi:

155-ə qədərdirsə, onda öz vaxtını düzgün bölmürsünüz, yəni kifayət qədər düzgün təsərrüfatçı deyilsiniz.
155-dən 195-ə qədər olduqda evdar xanım zəhmətsevərdi və evdə hər bir əşya öz yerindədir.
195-dən yuxarıdırsa, evdar qadın həddindən artıq yaxşıdır, yəni o, həmişə nə isə eləyir, yuyur, təmizləyir və s. Lakin o, bilməlidir ki, həyat ev işlərindən ibarət deyil.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.