Üzünüz gülsün (1)

12 Şubat 2015
2 820
0
Üzünüz gülsün (1)
Bir "hoo” elə”
Ata bara getmiş oğluna telefon açır:
- Hardasan ə?
Oğlan həyəcanla:
- Yoldayam, gəlirəm.
- Yenə bardaydın? İçmisən?
- Yalan deyirsən. Bir "ho” elə…
- Hoooo!
Ata:
- Əclaf, deyirəm içmisən də. Gəl, evə çırpacam səni.
- Hardan bildin?
- Ayrı hansı səfeh, telefonda "ho” eləyər?

:lol:
"Yaxşı ki gözünə girməyib”
Əbülfət Mədətoğlunun Tuğ kəndindəki erməni qonşusu yıxılıb ölür. Əbili qonşunun qardaşından soruşur:
-Necə oldu, ay qardaş? Bu adam sap-sağlam idi axı…
Qardaşı qəmli-qəmli:
- Nərdivandan yıxıldı, başına mismar girdi.
Əbili pis olur:
- Vay, vay, vay. Yaxşı ki gözünə girməyib e.

:lol:
Mollanın konsultasiyası
İranın fars vilayəti. Bir gün bir qız mollanın yanına gəlib soruşur:
- Molla əmi, əgər mən ərimə həkimlə xəyanət etsəm, cəzam nə olar?
Molla:
- Düz 5 il cəhənnəmdə yanarsan.
- Molla, bəs mən ərimə polislə xəyanət etsəm, necə?
- O zaman cəzan daha ağır olar. 10 il cəhənnəmdə yanarsan…
- Bəs mən molla ilə xəyanət etsəm, neçə il yanaram?
Mollanın gözləri pişik gözü kimi işıqlanır:
- Cəhənnəm nədi, yanmaq nədi, övladım! Sən o zaman cənnətə düşərsən.

:lol:
Toppuşun duası
Aktrisa Tünzalənin (Toppuş bacı) duası:
- Allahım, nə olar, məni arıqlat. Çox kökəm e. Alan yoxdu… Yox, əgər, aqıqlatmırsansa, onda…onda, Dilarə ilə, Keyxanımı kökəlt.

:lol:
5 yaşlı uşaq anasına deyir:
- Ana, mən məktəbə cetmiyəcəm.!
Ana- niyə mənim balam?
- ona cöye ci, imtahanda usaqyayı kesiyləy :)))

:lol:
Gecə Yatanda Justin Bieberin, Murat Bozun ŞəkLini QucağLıyıb Yatan QizLar!
- İbrahim Borçalının Daşı Təpənizə :D

:lol:
Sevgililər gününə qarşı sabahı "beynalxalq sevgilisizlər günü " elan edibler bilirdiz ???...hardan biləssize mən uydurdum :DD
:lol:
21 dekabrı bitəhər yola verdiy, növbe 14 fevralındı :DD
:lol:
Gəmidə kapitan olsam heç danışmaram. Çünki danışdıqca batıram mən
:lol:
Özümə söz vermişəm!
- "ÖLənə qədər yaşayacaam!" )) ♥

:lol:
Çirkin qız yoxdu! Varsa da həll edərik. "Canon, Avon, Nikon" ;)))
:lol:
Bir-birini tanımayan 2 insanın lifdəki ciddiyəti, nə iclasda, nə bayraq mərasimində nə də yasda görmədim bro :))

:lol:
Baytarlıq məntəqəsində:
- doktor ola bilərmiki mənim itim infakt keçirsin..
- bəli əgər o da insan kimi dözülməz vəziyyətdə yaşayayırsa ola bilər:-)

:lol:
Sinif 5-6
Müəllim qışqırır: sakit olun
Şagird: bağişlayın üzr istəyirəm
Sinif 8-9
Müeəlim qışqırır: sakit olun
Şagird: olduda müəllim birdə olmuyacaq..
Sinif 10-11
Müəllim Qışqırır: sakit olun
Şagird: bozarma ee üstüme senin qabağında uşağ muşağ yoxdu :D

:lol:
Əzizinəm bağdagül
Çəməndə gül bağda gül
Bayırda cox gəzmə sən
Axırın olar Fatmagüll :D

:lol:
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.