Gülməli mesajlar))

04 Mart 2015
7 204
0
Gülməli mesajlar))
Gülməli mesajlar))

1. Gözəlim sənə baxdıqca deyirəm: yazıq Məcnun Leylinin əlindən nələr çəkib mən onu yaşayıram.

2. Bir gün üzündən sərxoşluq yağan bir nəfər, mağazaya gəlir. Satıcıya deyir ki, mənə bir dənə balaca araq ver, 150 qram da kolbasa, amma bax ha, kolbasa halal olsun.

3. Bu məktubu verirəm mən çapara, çapıb atsın o gedən qatara. Qatar da prikol uşaqlar ilə dolu iymiş bu məktubum yolda itsə yaxşıdı.

4. Sən mənim səndən əvvəl və səndən sonra sevdiyim qızların içində ən çox sevdiyimsən!


5. Intizar küçəsi, həsrət döngəsi, məhəbbət məktəbi, eşq fakultəsi, *** kurs tələbəsi, Qırsaqqızov yapışqan, əlçəkməz qızı.

6. Gözlərini yum təsəvvür et ki, biz hamıdan uzaqda quşların səsinə, yarpaqların əsməsinə qulaq asırıq. Isti günəş bədənimizi qızdırır biz isə kartof yığırıq.

7. Atası bir gün oğlunu hirsli şəkildə çağırır və deyır: sən bu 2-ləri nə vaxt düzəldəcəksən! Oğlan cavab verir: neyniyime ata zəng vurulan kimi müəllim jurnalı özü ilə aparırda.

8. Sənin dişlərin tıbkı ulduzlar kimidir. Onlar kimi sarı, onlar kimi aralıdır.

9. 4 turp, 3 turp, 2 turp, 1 turp indi bakcell abunəçiləri saat 12 dən sonra tualetdən 80% endirimlə istifadə edə bilərlər. Bakcell dəyişək tualetdə qalaq.

10. Əgər siz gözəl sözləri sms və ya söz vasitəsi ilə eşidmək istəyirsinizsə, gecə saat 3-də, ağlınıza gələn nömrəni yığın, və hardasan sözünü soruşun.

11. Məsləhət: Az konturla çox danışmaq istəyirsən? 2002-yə zəng elə, nə qədər istəyirsən danış.

12. Bütün xəyallarım suya düşdü, yaxşı ki, düşməmişdən əvvəl suda üzməyi öyrətmişdim.

13. Hər yer zülmət, qаrаnlıq. çox qorxurаm. Gözlərim səni аxtаrır. Sən mənim görən gözüm idin, məni sənsiz qoyub getdin. Gözümü kor qoyub getdin, GöZüMüN NURU.

14. Dərsi niyə oxumamısan? Işığımız yanmırdı: şam yox idi? Atam şam işığında TV-ə baxırdı.


15. Bir kişi telefonla zəng edir di və qadın səsi eşidən də çaşıb deyir: Mən telefonlamı danışıram? Qadın hirslənərək: Yox televizorla! Kişi isə tez cavab verir: Vay biabır oldum ki, mən alt paltarındayam.

16. Baharın gəlişində açan güllər var ha?, al əlvan rəngləri ilə yaşıl yarpaqları ilə sevgini anlatan, bax o güllərin tikanı gözünə girsin.

17. Girdim bağa, gördüm yarım inək sağır. Yarım məni sevmirsə, inək mənə niyə baxır?

18. Dəvədən soruşurlar: Ay dəvə boynun niyə əyridir? Ay zalım balası: Haram düz idi ki?, boynum da düz ola?

19. Deyir qonşu qonşuya baxar. Amma bizim heç qonşumuz yoxdu bilmirəm hara baxım?

20. Bir gün dostlarım Məmmədlə Nizami mənimlə gəzməyə çıxmışdıq. Birdən banan görüb yemək istədim. Qiymətin soruşdum. Aldım yedim. Amma bir banana iki dost verdim. Məmməd-Nizami

21. Qədim atalar sözü: Ac ol, kişi ol. Müasir atalar sözü: Ac olma, kişi olmasan da olar...

22. Onu bilirəm ki, heç nə bilmirəm. Onu da bilirəm ki, heç nə bilmədiyimi bilirəm.

23. Məhəbbət dənizində üzən eşq adlı gəminin sükanı ürək olsa da, kapitanı ağıl olmalıdır ki, Titanikin gününə düşməsin!

24. Ay səni dövşan yesin, məndə dövşanı.

25. Bir gün biri yolnan gedəndə yıxılır. Duranda birdə yıxılır. Deyir: bilsəydim yıxılacaqdım durmazdım.

26. Hətta günəş bir gün çıxmağı, ay batmağı, sevgi gözəl hisslərini unutsa belə mən bu mesaja sərf etdiyim 11 konturu unutmaram.

27. Onа bаxmа, on birə bаx.

28. 10% darıxıram, 20% mənimsən, 30% səninəm, 40% sənsizəm, 50% ürəyimsən, 60% dünyamsan, 70% canımsan, 80% sevirəm, 90% çox istəyirəm, 100% məzələnirəm.

29. Məndən səni nə vaxt unudacağımı soruşursan? Nə vaxt öləcəyimi bilmirəm axı.


30. Sən 100% ağıllısan! Sən 100% gözəlsən! Sən 100% sevirsən! Sən 100% sevilirsən! Sən 100% xoşbəxtsən və 100% dəlisən ki, mənim dediklərimə inanırsan!

31. Mesajcell yenilik. Hər 10 000 manatlıq danışıq konturu alana bir cırıq qaloş, hər 50 000 manatlıq danışıq konturu alana yamaqlı corab, nəhayət hər 100 000 manatlıq danışıq konturu alana isə “Yeganə” şadlıq sarayında iki nəfərlik “XAş (sarımsaqlı)” hədiyyə. Xanacell telcelldən bir addım öndə.

32. Bir qız sənə ürəyinin açarını versə sevinmə! çünki o ürəyinin zamokunu dəyişdirə bilər.

33. Əgər canın sıxılırsa, gecə hər zamankındən qaranlıq görünürsə demək Elektro şitdən işıqlarınızı mən söndürmüşəm.

34. Bir alkaş mollaya deyir: Molla 1 dəli şeytan dəyir ki,: Tez molla dillənir. Bala şeytana uyma. Alkaş bir də deyir. 1 dəli şeytan deyir ki,: Tez molla dillənir. Bala şeytana uyma. Alkaş deyir. Molla şeytan deyir ki, mollaya 1 az pul ver. Molla: hə bala, arada şeytana da uymaq lazimdi.

35. Bu dəqiqə sizin telefonun düymələrindən əlinizə bir virus düşdü. Həmin virus sizə cənnət həzzi bəxş edir. Əgər siz indi gülürsünüzsə deməli bunu hiss edirsiniz və bundan yaman xoşunuz gəlir!

36. Sənə baxanda düşünürəm ki, Darvin düz deyib!

37. Deyirlər zooparkdan 3 meymun qaçıb, birini tutublar, biri qaçıb, biri də mənim mesajımı oxuyur.

38. Sevgilim gecələr səni hər düşünəndə Ağcaqanad fikrimi yayındırır.

39. Bağırsaq qurdları bağırsaq da yaşar, bağırmasaq da.

40. Gəlin görək: Isti marojnadan, soyuq peraşkidən!

41. Birindən soruşurlar işıq nə rəngdədir?: Qara. Sən niyə belə fikirləşirsən?: Işıq yanır ki, bilək nə rəngdədir?.

42. Deyirlər at insanin ən yaxın dostudur. Sən mənə atdan da artıqsan. Səni minib çapanda dünyanın ən xoşbəxt insanı oluram.

43. Mənimlə çilpaq-çilpaq danişma qaçib-qaçib aqzinin içində şpaqat açaram.

44. Sevgilimə ürək açdım, boks vurub yıxdı məni. Dizə qədər yerə batdım tros qoşub dartdı məni.

45. Bir gün bir qoca nənə taksiyə minir və çatdıqdan sonra sürücüyə 200 manat pul verir. Sürücü deyir bu nədi 200 manata taksi gedir? Nənə deyir day neyləyim bala 250 manatım olsaydı metroya minərdim.



R.E.DarLing..


Gülməli mesajlar))
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.