●~● Uşaqların məzəli sözləri ●~●

06 Mart 2015
5 461
0
●~● Uşaqların məzəli sözləri ●~●
●~● Uşaqların məzəli sözləri ●~●
Orxan muzeydə çılpaq qadın heykəlini görüb anasından soruşur:
-Ana, bu xala soyunub?
-Hə.
-Bəs hamam hanı?

***

-Aytac, sən niyə bağçaya getməmisən?

-Xəstəyəm,
-Haran ağrıyır?
-Başım öskürür.

***
Üç yaşlı Aydan nahar edərkən pişik onun ətrafında fırlanır və həsədlə ona baxır.

Aydan ona deyir:
-Heç istəmə, onsuz da verməyəcəm . Sən dünən siçan yeyəndə mənə vermədin.!

***
-Ana, fil balaları haradan əmələ gəlir?
-Bilirsən,qızım, ...
-Ancaq demə ki, leylək gətirir. Leylək onu qaldıra bilməz.

***

-Ana, məni çox sevirsən?
-Əlbəttə, balam!
-Onda dondurma satan kişiyə ərə get!

***

Məktəb dəhlizində bir oğlan hönkürtü ilə ağlayır. Sinif rəhbəri ondan soruşur:
-Niyə ağlayırsan?
-Müəlliməmiz pilləkəndən yıxılıb.
-Ağlama, heç nə olmayıb, sağ-salamatdır.
-Necə ağlamayım? Uşaqlar hamısı görüblər, mən isə yox. O, yıxılanda mən bufetdə olmuşam.

***

Oğlan meteoroloji stansiyada işləyən atasından soruşur:
-Ata, sənin hava haqqında dediklərin həmişə düz çıxır?
-Həmişə, ancaq tarixləri bəzən düz gəlmir.

***

-Neçə yaşın var?
-Tezliklə 8 olacaq, indi 3-dür.

***

-Baba pişik asqırdı.
-Bəs niyə "sağlam ol" demədin?
-Bəs mənə "sağ ol"u kim deyəcəkdi.?

***

Uşaq soruşur:
-Ata, yenə tort istəyirsən?
-Yox, bala.
-İndi də sən məndən soruş.
Ana oğlundan soruşur:
-Sən böyüyəndə nə olacaqsan?
-Sürücü.
-Niyə təyyarəçi olmaq istəmirsən?
-Göydə kimi ötüb kecəyəm?

***

Baba oğlunun və nəvəsinin tələsik geyindiyini görüb soruşur:
-Belə hara tələsirsiniz?
-İşə
-Sən də?-deyə nəvəsindən soruşur
-Mən də.
-Sən harada işləyirsən?
-Bağçada uşaq işləyirəm.

***

-Sən niyə riyaziyyatdan 1 almısan?
-Görünür müəllimdə bundan böyüyü olmayıb- deyə uşaq cavab verir.

***

- Oğlum, nə çox su içirsən?
-Alma yemişəm
-Nə olsun ki?
-Onu yumamışam axı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.