Dünyanın ən gülməli penaltisi

20 Ağustos 2014
1 999
0
Dünyanın ən gülməli penaltisi
Dünyanın ən gülməli penaltisi

Sosial şəbəkədə "Dünyanın ən gülməli penalti vuruşu” adı ilə yayılan video geniş izləyici kütləsi tərəfindən gülüşlə qarşılanıb.

"AFC Challenge Cup”un 3-cü yeri uğrunda mübarizə aparan Əfqanıstan ilə Maldiv yığmalarının qarşılaşmasında maraqlı anlar yaşanıb.

Belə ki, Əfqanıstan millisinin futbolçularından biri oyunun gedişatı zamanı hakimin rəyi ilə penalti yerinə yetirməli olub. Topun arxasına keçən futbolçu gözlənilməz vuruş həyata keçirib.

Penalti zərbəsini yerinə yetirmək üçün ağ nöqtəyə doğru irəliləyən əfqan futbolçu, qapıçını çaşdırmaq üçün qəflətən özünü yerə yıxıb. Qapıçı bu hərəkət qarşısında heç bir reaksiya verməyib və ayağa qalxan futbolçu, cəld şəkildə topu qapı toruna göndərib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.