Aktrisadan şok qərar!

Aktrisadan şok qərar!
Aktrisa Nurgül Yeşilçay verdiği reportajda oğlunun təhsili üçün İngiltərədə yaşayacağını dedi.


Feat.Az xəbər verir ki, "Asmalı Konak"da milyonların ürəyində yer alan Özcan Deniz və Nurgül Yeşilçay 13 il sonra "İkinci Şans" filmində yenidən bir araya gəlib. 18 noyabrda premyarası olacaq filmdən əvvəl müsahibə verən Yeşilçay , diqqət çəkəcək açıqlamalar verdi.

Filmin nümayişinə az qalmış günlərdə , verdiyi müsahibədə Özcan Denizlə bağlı suallara "Qaldığımız yerdən davam edirmiş kimiyik " deyərək əslində heç bağlarının ayrılmadığını açıqladı.

OĞLUNUN TƏHSİLİ ÜÇÜN İNGİLTƏRƏDƏ YAŞAYACAQ.
Oğlu Nejatla arasında bəzi sərhədlər olsa da çox yaxşı dost olduqlarını söyləyən məşhur aktrisa , oğlu ilə vaxt keçirməyi çox sevdiyini söyləyib. Yayda oğlu ilə İtaliyaya səyahət edən Yeşilçay , oğlunun təhsili üçün bir neçə il İngiltərədə yaşayacağını da qeyd edib.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.