Qışda xəstələnməmək üçün bunu etməlisiniz

20 Ocak 2015
1 318
0
Qışda xəstələnməmək üçün bunu etməlisiniz
Qışda xəstələnməmək üçün bunu etməlisiniz


Cəmi 50 qəpiyə evdə vitamin kokteyli.
Sağlam həyat tərzinə kompleks yanaşmaq lazımdır. Orqanizmi həm xarici, həm də daxili təhlükələrdən qorumaq gərəkdir. Qışın şaxtaları sizi xəstələndirməsin deyə ev şəraitində hazırlana biləcək faydalı vitamin kokteyli reseptini təqdim edirik.

İnqredientlər:
1 ədəd alma
1 ədəd kök
2 ədəd çuğundur
Zəncəfil şirəsi
1 paket C vitamini (askorbin turşusu)

Şirə çəkən maşından bütün inqredientlərin şirəsini çəkirik və qarışdırırıq. Alınan mayeyə bir qədər askorbin turşusu əlavə edirik. Bu iksiri yorğunluğun aradan götürülməsi, taqətsizlikdən xilas olmaq və immuniteti qaldırmaq üçün istifadə edə bilərsiniz.
Kokteylin tərkibindəki çuğundur şirəsi yaddaşı yaxşılaşdırır, damarda qanın daha yaxşı axmasını təmin edir.
Kokteylin hazırlanması 10 dəqiqədən çox vaxtınızı almayacaq, qiyməti isə 50 qəpikdən çox olmayacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.