Qozlu piroq (çox dadlıdır bişirməyə dəyər)

31 Ocak 2015
18 372
0
Qozlu piroq (çox dadlıdır bişirməyə dəyər)
Qozlu piroq (çox dadlıdır bişirməyə dəyər)


Çox ləzzətli qozlu piroq(foto resept)


Tərkibi:

200 q "Möcüzə" paket yağı

100 q şəkər tozu

2 ədəd yumurta

2 çay qaşığı qabartma tozu

350-400 q un

İçi üçün:

150 q şəkər tozu

200 ml qaymaq (33-35%)

2 x/q bal

350 q qoz

Hazırlanması:


Yağı şəkər tozu ilə əzirik.


Yumurtanı əlavə edib qarışdırırıq.


Qabartma tozunu, unu əlavə edib yoğururuq. Hazır xəmiri soyuducuya qoyuruq. Piroqun içliyi hazır olana qədər orada qalır.

Qozlu piroq (çox dadlıdır bişirməyə dəyər)
Qozu bıçaqla doğrayırıq.


Şəkər tozunu içi quru olan tavaya tökürük.


Şəkər tozunu əriyənə qədər orta temperaturda ara vermədən qarışdırırıq. (Şəkər tozuna heç nə əlavə etmək lazım deyil.) Bu proses 20 dəqiqəmizi alacaq.


Şəkər əriyəndən sonra qaymağı yavaş-yavaş əlavə edib qarışdırırıq.



Balı da əlavə edirik.



Hazır kütlə qaynamağa başlayanda qozu da əlavə edib ocağın üstündən götürüb soyuduruq.



Xəmiri iki hissəyə bölürük. 1-ci hissəni yağlanmış tavaya qoyub əlimizlə 3 sm qalınlığında formaya salırıq.


Qozlu piroq (çox dadlıdır bişirməyə dəyər)

Xəmirin üzərinə içliyi qoyub yayırıq.

Qozlu piroq (çox dadlıdır bişirməyə dəyər)

2-ci xəmiri oxlovla yayıb içliyin üzərinə qoyuruq. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobaya qoyub 30-35 dəqiqə bişiririk.

Hazır piroq soyuyandan sonra üzərinə şəkər pudrası səpirik
.

Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.