Düyü SaLatı

05 Şubat 2015
5 064
9
Düyü SaLatı
Düyü SaLatı

Tərkibi:
2 su st. düyü
1,5 su st. isti su
1 su st. bitki yağı
1 banka (250 q) Meksika qarışığı (yaşıl noxud, qarğıdalı, qırmızı bibər konservi)
1 banka (250 q) xiyar turşusu
1 dəstə şüyüd
1 dəstə cəfəri
1 dəstə göy soğan
2-3 yarpaq xırda doğranmış marul (xırda yaşıl kələm)
500 q qatıq
3 x.q. mayonez
1 qırmızı bibər
1 sarı bibər
duz
istiot

Hazırlanması:
Düyünün üzərinə su töküb qaynadın, amma diri qalsın. Suyunu süzüb bitki yağı, duz, istiot əlavə edib qarışdırın. Meksika qarışığını əlavə edin, qarışdırın. Ocaqdan götürüb yarısını kənarı açılan formanın içinə tökün. Üzərini qaşıqla hamarlayın. Xiyar turşusunu dilimləyib üzərinə düzün.

Başqa bir qabda göyərtiləri və marulu xırda doğrayıb qarışdırın, salatın üzərinə yayın.

Qatıqla mayonezi qarışdırıb göyərtinin üzərinə çəkin.

Düyünün qalan yarısını salatın üzərinə döşəyin. Üzərinə halqa doğranmış sarı və qırmızı bibərləri iç-içə düzün. Ortalarına mayonezli qatıqda çəkin.
Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
User1
  • User1
  • 16 Mart 2015 23:32
Duyunun ne salati olar ki qesey dadmaz mence pulavunu srvirem
Dear..
xoşum gəlmmədi çox saol
PreNseS
resepte gore teekkur
ilya
  • ilya
  • 5 Şubat 2015 17:58
TESEKURLERRRRRRRRRR
Ayaz
  • Ayaz
  • 5 Şubat 2015 16:17
daha coox mm keke oxsayiree
oyku
  • oyku
  • 5 Şubat 2015 16:12
resept ucun cox saqolun
▶❤❤ ✦ U r E k L e R d E ✦ ❤❤◀
resept ucun twekkurler
.:;CraZy GirL;:.
resepte gore twk.
Sindrella
Mayonez smetanla hazirlansa lap super dadli olar mence
Tewekkurler
RƏY ƏLAVƏ ET