Brazel Brunsililəri.

11 Şubat 2015
1 243
0
Brazel Brunsililəri.
Brazel Brunsililəri.
Tərkibi:

500 q təmizlənmiş badam
100 q tünd şokolad
450 q şəkər pudrası
4 yumurtanın ağı
2 x.q. gilənar və ya badam likörü
1 ç.q. darçın tozu

Yumurta ağlarını soyuducuya qoyun.

Badamı quru tavada ocağın üstündə, yaxud sobada qurudun (yəni qovrulmasın, nəmliyi çıxsın). Sonra qəhvəüyüdən və ya blenderdə un halına düşənədək üyüdün.

Tünd şokoladı 15 dəqiqə dondurucuda saxlayın, sonra sürtgəcin xırda gözündən keçirin.

Möhkəm soyudulmuş yumurta ağlarını şəkər pudrası ilə möhkəm çalın. Gilənar (badam) likörünü əlavə edib ehtiyatla qarışdırın.

Bir qabda badam unu, darçın və sürtgəcdən keçirilmiş şokoladı qarışdırın, sonra az-az çaldığınız yumurta ağına əlavə edin.

Xəmiri təxminən 1,5 sm qalınlıqda yayın, formaların köməyilə peçenye kəsin. Bunları yağlanmış siniyə düzün. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Süfrəyə qəhvə, çay, südlü kisellə verə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.