Meyvəli tort

12 Şubat 2015
7 444
0
Meyvəli tort
Meyvəli tort

Vəsaitlər:

3 yumurta
1 stəkan süd
yarım stəkan ərinmiş yağ
1 stəkan şəkər tozu
1 paket qabartma tozu
3 yemək qaşığı kakao
1 paket krem şanti (1,5 də ola bilər)
çiyələk və banan
qəbul edəcəyi qədər un


Hazırlanması:
Yumurta və şəkəri yaxşıca çırpın, südü və yağı əlavə edin. Un, qabartma tozu və kakaonu da əlavə edib yaxşıca çırpın. Qəlibə töküb (qandallı istifadə etdim) 170C də 40-45 dəq bişirin. Keks bişəndə keksi iki yerə bölüb soyudun. Bir başqa yerdə krem şantini hazırlayın. Meyvələri soyun. Soyuyan keksin alt döşəməsinə meyvələri istədiyiniz şəkildə sərin və üzərini krem şantiylə doldurun. Ən üstünə isə ayırdığınız digər keksi parçalayaraq səpin və əlinizlə yüngülcə basaraq tökülməsinə mane olun. İstədiyiniz kimi şkafda soyudun və soyuq xidmət edin.

Nuş olsun..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.