Badımcanlı kökə

14 Şubat 2015
1 488
0
Badımcanlı kökə
Badımcanlı kökə

Badımcanlı kökə

Hazırlanması:

Yarım Paket marqarin (125 qr.)
1 Armud stəkan duru yağ
1 Armud stəkan qatıq
1 Yemək qaşığı sirkə
1 Ədəd yumurta ağı
Ala bildiyi qədər un
1 Paket pakmaya
1,5 Çay qaşığı duz


Içi üçün:
2 Ədəd badımcan
150 qr. Qiymə
1 Stəkan qoz
5 Yemək qaşığı duru yağ
Yarım dəst cəfəri
1 Çay qaşığı duz

Üzəri üçün:
1 Ədəd yumurtanın sarısı
1 Yemək qaşığı kökə otu

Hazırlanması
Badımcanların qabığları soyulur, zər şəklində doğranır, 5 Yemək qaşığı duru yağda qovrulur, başqa bir qazanda qiymə yağsız olaraq yağlanır. # Qovrulan badımcan və qiymə bir qabda birləşdirilir, üzərinə duz və döyülmüş qoz əlavə olunur, ilk istiliyi çıxınca, doğranmış cəfəri qatılır. # Iç soyurkənxəmir hazırlanır. Otaq istiliyində yumuşamış marqarin, duru yağ, qatıq, sirkə, yumurta ağı, barmaq ucları ilə qarışdırılır. Üzərinə duz, pakmaya və az-az un əlavə olunur, yoğrulur. # Orta sərtlikdə ki xəmir, üzəri bağlı olaraq ən az yarım saat dinləndirildikdən sonra 4 bərabər hissəyə bölünür. # Hər xəmir parçası uzunlamasına yarım santimetr qalınlığında açılır, kənarları kəsilərək düzgün dördbucaqlı şəkli verilir. ( kəsilən parçalar bölünərək xəmirin üzərinə dağıdılır). # Dördbucaq xəmirin uzun kənarına badımcanlı iç qoyulur, rulo hazırlanır, üzərinə yumurta sarısı sürülür, kökə otu səpilir, bir barmaq qalınlığında bıçaqla dilimlənir. 185 dərəcə sobada üzəri qızarana qədər bişirilir. Not: Xəmirdə bulunan sirkə kökənin bərk olmasını təmin edər
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.