Qozlu burma

16 Şubat 2015
23 663
0
Qozlu burma
Tərkibi:
1 paket yag
4 stəkan un
1 stəkan qatıq
1 paket qabartma tozu
2 yumurta


İçi üçün:
2 stəkan çəkilmiş qoz
1 stəkan şəkər tozu


Hazırlanması:
Otaq şəraitində yumşalmış yağı unla umac edirik, daha sona 2 yumurtanın sarısını qatırıq, yumurta ağını hazırlanmış için üzərinə töküb qarışdırıq (qozla şəkər tozunun).
Daha sonra qabartma tozu və qatığı əlavə edirik, qarışdırırıq. Alınmış xəmiri 5 kündəyə ayırırıq. 10 dəqiqə gözlədikdən sonra kündəni yayırıq, bıçaqla 4 yerə bölürük (ustəgəl işarəsi kimi). Həmin böldüyümüz hissələri də 3 yerə bölürük. Bölünmüş hissələrin içinə hazırladığımız içi qoyub bükürük. Qaba düzüb sobaya qoyuruq, amma çox qızarmasın (şəkərbura kimi).

Nuş olsun!!!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.