Sevgi Tortu

28 Ağustos 2014
6 392
0
Sevgi Tortu
Sevgi Tortu


Tərkibi:
Keks üçün:

► 6 ədəd yumurta
► 180 qram şəkər tozu
► 35 ml su
► 150 qram un
► 45 qram nişasta
► 1 paket vanil
► Lazımı qədər biskvit

Krem üçün:

► 1 litr süd
► 3 ədəd yumurta
► 100 qram nişasta
► 300 qram şəkər tozu
► 1 paket krem şanti
► 1 su stəkanı süd
(Kremşanti üçün)

İç vəsait:

► Banan, şokolad

Hazırlanma qaydası:


Yumurta sarıları və ağları ayırılır və yumurta ağları şəkərin yarısıyla ağarana qədər çırpılır.
Ayrı bir qabda yumurta sarıları da qalan şəkərlə çırpılır. İçinə vanil və su əlavə edilir. Ayrı bir qabda nişasta və un ələnir. Geniş bir qabda bütün vəsait qarışdırılır. 175 dərəcə sobada bişirilir. Qazana yumurtaları, südü, nişastanı və şəkəri əlavə edin. Yaxşıca qarışdırın və vam odda davamlı qarışdıraraq üzəri qızarana qədər bişirin. Sonrasında yaxşıca soyudun. Krem şantini südlə qatılaşdırın. Kremə əlavə edib çırpın. Tortu yarıdan kəsin. Kəsik səthlərinə krem çəkin.
Banan dilimləri və şokolad əlavə edin. Tort qatlarını üst üstə qoyun. Xarici qismini kremlə örtdükdən sonra biskvitləri ətrafına yapışdırın.
Tortun orta qismini rəngli şokoladlarla bəzəyə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.