Mimoza salati

17 Şubat 2015
4 232
0
Mimoza salati
Mimoza salati


Tərkibi:
450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1/2 stəkan xırda doğranmış qoz ləpəsi
5 ədəd orta boy kartof
5 ədəd yumurta
4 ədəd orta boy yerkökü
zövqə görə duz
xama ve mayonez
rəndələnmiş holland pendiri


Hazırlanışı:
1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.
2. Kartof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.
3. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.
toyuq əti
xama-mayonez qarışığı
qoz
kartof
duz
xama-mayonez qarışığı
yumurta
duz
yerkökü
xama-mayonez qarışığı
Layları eyni şəkildə davam edin. Təxminən 4-5 lay alinacaq. Üstunu zövqə görə bəzəyin


Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.