Ən ləzzətli pəhriz yeməkləri

11 Mart 2015
31 895
0
Ən ləzzətli pəhriz yeməkləri
Ən ləzzətli pəhriz yeməkləri





Yerkökü salatı

Tərkibi: 2 orta boy yerkökü, 8 çiçək gül kələmi, 8 çiçək brokli, 100 qıram yaşıl noxud (dondurulmuş, qırmızı soğan.

Sous üçün - 1 limonun suyu, yarım çay stəkanı sızma zeytun yağı, duz.

Hazırlanması: Brokli və gül kələmi qaynar suda az pörtlədilir. Və hər bir inqredientlər doğranılıb qaba yığılır. Zeytun yağına limon suyunu əlavə edin qarıçdırın. Hazırlanmış sousu salatın üzərində gəzdirin. Qarışdırın, hazırdı.

Buğda Salati:
Çüçərmiş buğda yaşıl otları ilə birgə doğranılır. Sous üçün zeytun yağını, limon suyunu və nar suyunu ayrı bir kasada qarışdırın. Sosu buğdaya əlavə edin. Göyərtiləri də əlavə edib yaxşıca qarışdırın.

Şirin qarğıdalı (dondurulmuş ), kətan toxumunu, qoz içini, nar dənələrini və mozzarella pendirini də qarışdırın. Salat hazırdı.

Almalı Yulaf

Tərkibi: 1 ədəd qırmızı alma, 1 kiçik banan, yarım stəkan yulaf əzməsi (isti suda dəm almış), yarım çay qaşığı toz darçın, 1 stəkan qatıq.

Hazırlanması: Alma və bananı bölün, digər ərzaqlarla birlikdə blenderdən keçirin. Almanın qabığını soymayın, sadəcə ortasındakı nüvələri və nüvə yatağını təmizləyin. Bura bir az badam südü (üyüdülmüş badamın su ilə qarışı), ya da su əlavə edə bilərsiniz. Əgər soyuq bir içki etmək istəyirsinizsə, hamısını blenderdə əzib, içinə buz atın.

Armudlu qoz salatı

Tərkibi: 2 böyük kasa qarışıq göyərti, ¼ stakan qoz, 2 xörək qaşığı quru qaragilə, 1 ədəd nazik dilimlərə bölünmüş armud.

Sous üçün isə az sirkə, zeytun yağı, duz.

Hazırlanması: Sous üçün olanları 1 qabda qarışıdırın. Qalanlarını ərzaqları da doğrayıb sousla qarışdırın . Bura 1 dilim keçi pendiri də qata bilərsiniz.

Zülal dəyəri yüksək bir salat arzu edirsinizsə salatın üstünə bir miqdar keçi pendiri də xırdalaya bilərsiniz.

Ədviyyatlı, Labne penirli salat

Tərkibi: 500 q labne pendiri, 5 yemək qaşığı acı kəkotu, 1 yemək qaşığı qırmızı toz bibər, 250 qram pomidor, 6 təzə soğan, 15 yarpaq təzə reyhan, zeytun yağı.

Hazırlanması: Labne pendiri, 2 xörək qaşığı kəkotu və qırmızı toz istiotun yarısını bir kasada qarışdırın. Böyük bir tənzifin üzərinə yayıb, soyuducuya qoyun. Pendirin suyu yaxşıca çıxdıqdan sonar, pendiri yumaq halına gətirin. Qalan ərzaqları kəkotuya bulayıb soyuducuda 4 gün gözlədin. Pendir yumağını kiçik parçalar şəklində xırda-xırda doğrayın. Doğranmış pomidor, təzə soğan və reyhanı zeytun yağını əlavə edib qarışdırıb süfrəyə verin.

Vəzəri souslu makaron

Tərkibi: 1 paket dietik makaron, 1 dəstə vəzəri, 5 yemək qaşığı zeytun yağı, 2 diş sarımsaq, 3 yemək qaşığı holland pendiri rəndəsi, istiot, qatıq.

Hazırlanması: Zeytun yağı, vəzəri, sarımsaq, qatıq, duz və istiotu birlikdə blenderdən keçirin. Makaronun üstünə pendir və sous töküb nuş edin.


Kəklikotu Zeyrunlu Tostu


Zeytunları xırda doğrayın. Pomidorları da doğrayıb kəklikotu və zeytun yağı ilə qarışdırın. Bir dilim çörəyin üzərinə zeytunlu qarışığı yayın, üzərinə pendiri də qoyub sobada qızdırın.

Südlü Düyü

Tərkibi: 1 lt. yarım yağlı süd, 2 yemək qaşığı düyü unu, 2 yemək qaşığı qırıq düyü, 1 çay stəkanı əsmər şəkər, vani, 1 stəkan su.

Hazırlanması: Düyünü qazana tökün, bir az isti su əlavə edib yumşaldaraq bişirin. Sonra südü əlavə edin. Bir az soyuq suyun içində saldığınız düyü ununu da əlavə edib qarışdırın. Bişirməyə başlayanda şəkəri əlavə edin. Qatılaşıb qaynayanda ocağın altını keçirin. Vanili qoyub qarışdırandan sonra kasalara boşaldın. Üzərini darçınla bəzəyin.

Meyvə slatı:

Tərkibi: 2 ədəd portağal, 2 ədəd kivi, 1 ədəd heyva, 1 ədəd nar, 1 ədəd alma, 1 yemək qaşığı bal, 2 yemək qaşığı limon.

Hazırlanması: Portağal, kivi, heyva və almanı küp - küp doğrayın. Narı təmizləyib meyvələrlə qarışdırın. Limon suyu ilə balı qarışdırıb meyvələrin üstünə tökün.Axşam yeməyindən sonra yüngül və vitaminli alternativ ola bilər.

Qatıqlıq meyvə salatı

Tərkibi: ½ kq qarışıq mövsüm meyvəsi, 2 kasa qatıq, 1 xörək qaşığı bal, 1 kasa yulaf.

Hazırlanması: Qatqı balla birlikdə yaxşıca qarışdırın, krem halına gətirin. Yulaf və doğranmış meyvələri əlavə edib qarışdırn. Ağızını möhkəm bağlayaraq 1 günə qədər soyuducusunda saxlaya bilərsijniz.

Qarabaşaq salatı

Tərkibi: 1 su stəkanı qarabaşak, yarım dəstə cəfəri, yarım dəstə şüyüd, nanə, 1 ədəd pomidor, 1 çay qaşığı zirə, istiot, zeytun yağı, nar.

Hazırlanması: Qrabaşağı pörtün, yaxud ağzı örtülü halda qaynar suda dəmləyə də bilərsiniz. Cəfəri, şüyüd, nanə və pomidoru doğrayaraq əlavə edin. Qarabaşağı süzün və soyuduqdan sonra digər ərzaqlarla qarışdırın. Üstünə zirə, duz, istiot, zeytun yağı və nar əlavə edib süfrəyə verin.

Göyərtili makaron

Tərkibi: 500 qram dietik makaron, ½ dəstə şüyüd, ½ dəstə cəfəri, 6 yarpaq ispanaq, 3 diş sarımsaq, 2 yemək qaşığı zeytun yağı, 1 kasa rəndələnmiş pendir, təzə istiot.

Hazırlanması: Makaronları 10 dəqiqə qaynadın. Göyərtinin hamısını incə- incə doğrayın. Sarımsağı da çox incə xırdalayıb, zeytun yağında yüngülcə qovurun. Sonra otları yüngül qovurub pörtmüş makaronA qarışdırın. Rəndələnmiş pendir və təzə istiotla nuş edin.

Kökəltməyən makaron

Tərkibi: 50 qram kəpəkli makaron, 1 ədəd balqabaq, 1 ədəd qırmızı istiot, 3 parça gül kələmi, istiot, zirə.

Hazırlanması: Tərəvəzi doğrayıb bir tavada qovurun. Sonra makaronun üzərinə qoyun.

Şorba

Tərkibi: 2 ədəd pomidor, 2 ədəd balqabaq, yarım dəstə cəfəri, 2 ədəd kəvər, yarım dəstə ispanaq, 1 ədəd kərəviz, 2 xörək qaşığı bulqur, 3 xörək qaşığı yaşıl mərci, 1 xörək qaşığı yağ, 1 çay qaşığı pul bibər, 1 xörək qaşığı sarıkök, 1 çay qaşığı istiot, 1 çay qaşığı keşniş.

Hazırlanmas: Bütün tərəvəzləri qaynar suya tökün, ağzını örtüb dəmləyin və blenderdən keçirin. Sonra ədviyyatları əlavə edin.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.