Boqraç resepti.

17 Mart 2015
1 515
0
Boqraç resepti.
Boqraç resepti.

Tərkibi:
1 kq mal əti
4 qabığı soyulmuş pomidor
3 bolqar bibəri
kartof
1 acı istiot
4 baş soğan
2-3 yerkökü
tomat sousunda lobya
yağ
bulyon və ya su
paprika
duz
qara istiot
cəfəri
sarımsaq

Hazırlanması:
Yağı qızdırın, 2 x.q. paprika və xırda doğranmış soğanı əlavə edib qovurun. Doğranmış əti əlavə edib qızardın.
Doğranmış yerkökü əlavə edin.
Bir qədər qovrulduqdan sonra digər ərzağı qatın: bibər, lobya, pomidor. Qarışdırıb azca duz vurun.
Üstünə çıxacaq qədər bulyon tökün. Qulyaş kimi qatı olmalıdır. Acı istiotu da qazana atıb qapağını örtün, ocağı azaldın.
Kartofu təmizləyib iri doğrayın. 40-60 dəqiqə sonra kartofu əlavə edin, yenə bulyon tökün, duzunu yoxlayın, qapağını örtün.
Kartof bişdikdən sonra sarımsaq və cəfərini əlavə edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.