Qara çörəkdən kvas resepti

21 Mart 2015
5 424
0
Qara çörəkdən kvas resepti
Qara çörəkdən kvas resepti

Tərkibi:
4-5 dilim qara çörək (borodinskiy)
1 çimdik kişmiş
3 x/q şəkər tozu
0,5 ç/q maya (acıtma)
3 litr su
zövqə görə 0,25 ç/q qıtıqotu


Hazırlanması:
1 Çörək kubiklər şəklində doğranılır.
2 Əvvəlcədən 160°C temperaturundə isidilmiş sobada çörəklər 1 saat qurudulur.
3 Əsas odur ki çorəklər yanmasın, yoxsa kvas acı çıxar.
4 Çörəklərlərə şəkər tozu, kişmiş əlavə edilir. Üzərinə qaynar su tökərək bir neçə saatlıq isti yerə yerləşdirilir.
5 Yarım stəkan qaynar suya 1 ç/q şəkər tozu və yarım çay qaşığı maya əlavə edilərək qarışdırılır.
6 Bir müddət maya aktivləşəndən sonra, çörəklərin üzərin əlavə edilir.
7 Bir gün saxlanandan sonra natural çörək kvası hazır olur. Zövqə görə ona qıtıqotu və ya nanə əlavə etmək olar.

Nuş olsun!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.