Gürcü yeməyi "Çanaxi" resept

22 Mart 2015
1 857
0
Gürcü yeməyi "Çanaxi" resept
Gürcü yeməyi "Çanaxi" resept

Tərkibi:
800 q qoyun əti
2 ədəd orta badımcan
3-4 ədəd pomidor
5-6 ədəd kartof
4-5 ədəd baş soğan
10 ədəd qara istiot dənələri
1/2 çay qaşığı qırmızı üyüdülmüş istiot
2 xörək qaşığı doğranmış keşniş
Bir az doğranmış reyhan
300 ml tomat şirəsi və zövqə görə duz

Hazırlanması:
Əti yuyub, dörkünc formada doğrayırıq, qazana töküb üzərinə azca duz səpirik.
Ətin üzərindən dördkünc formada doğranmış kartofu, xırda doğranmış soğanı və azca doğranmış göyərtini əlavə edirik.
Sonra bunun da üzərinə badımcanı və azca göyərtini əlavə edirik azca duzlayırıq.
Ən axırda pomidoru əlavə edirik və üzərinə tomat sousunu əlavə edib qoyuruq odun üzərinə. Bu yeməyi qaynara düşdükdən sonra qabaqcadan qızdırılmış sobada tam bişənə qədər bişirmək olar. Sobası olmayanlar elə odun üzərində bişirə bilərlər. Təxmini 2 saata hazır olur. Çünki bu yemək orta odda bişirillir. Tez qaynara düşməməlidir. Belə olduqda kartof, badımcan əzilə bilər.
Buyurun, yeməyimizi artıq hazırdır, süfrəyə verərkən üzərinə keşniş səpsəniz ətirli olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.