Manqal salatı resepti

03 Nisan 2015
3 525
0
Manqal salatı resepti
Manqal salatı resepti

Tərkibi:
2 ədəd badımcan
3 ədəd pomidor
1 ədəd bolqar bibəri
1 baş soğan
1 dəstə cəfəri
1 dəstə reyhan (yaşıl və bənövşəyi)
duz, istiot – zövqə görə
zeytun yağı – zövqə görə
sarımsaq – zövqə görə


Hazırlanması:
Badımcan, pomidor və bibəri kabab edin (tez-tez çevirə-çevirə açıq alovda bişirin). Bişmiş badımcanı soyuyana kimi soyuq və çox duzlu suda saxlayın. Ehtiyatla qabığını soyun. Qaba dikinə söykəyin ki, acı suyu axsın. Badımcanları iri dördbucaq formasında doğrayın. Pomidorların və bibərin qabığını soyun. Pomidor, soğan, bibər, cəfəri, reyhan və sarımsağı doğrayın. İstəkdən asılı olaraq salata acı bibər, şüyüd, nanə və s. qatmaq olar. Sonda duz, istiot və zeytun yağı əlavə edib qarışdırın. Çox yüngül və dadlı salatdır.
Hiss iyi bu salatın özəl xüsusiyyətlərindəndir.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.