Snikers tortu (özümdən)

25 Nisan 2015
4 095
0
Snikers tortu (özümdən)
Snikers tortu (özümdən)

İstifadə olunan məmulatlar:
9 ədəd yumurta
5 xörək qaşığı kakao
3 stəkan şəkər tozu
2 xörək qaşığı üyüdülmüş quru çörək (suxarı)
3 xörək qaşığı kraxmal
Qoz ləpəsi (və ya xırdalanmış araxis)
2 xörək qaşığı xama
300 qr kərə yağı

Hazırlanması:
Yumurtanın ağınl 3 çay qaşığı kakao, yarım stəkan şəkər, quru çörək (suxarı), kraxmal və xırdalanmış qoz ilə qarışdırın. Xəmiri yağlanmış formaya qoyub tam odda hazır olana kimi bişirin. Krem hazırlamaq üçün yumurta sarısını yarım stəkan şəkər ilə çalın və iki xörək qaşığı kakao tozu, xama əlavə edib yenidən qarışdırın. Alınmış kütləni qatılaşıb bərkimək üçün vam odun üstünə qoyun. Sonra kərə yağı əlavə edib qarışdırın. Hazırlanıb soyudulmuş xəmiri yaxşıca kremləyib ona şəkildəki formani verib bəzəyin.

NUS OLSUN !
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.