Mətbəx sirləri: Koreya üsulu pomidor

12 Mayıs 2015
1 159
0
Mətbəx sirləri: Koreya üsulu pomidor
Mətbəx sirləri: Koreya üsulu pomidor


Tərkibi:

2 kq pomidor
4 bolqar bibəri
2 diş sarımsaq
2 qırmızı acı istiot
göyərti

sous:

100 q sirkə
100 ml bitki yağı
100 q şəkər tozu
2 x.q. duz

Pomidoru iri doğrayın (ortadan ikiyə, yaxud dördə bölün)

Bibər, sarımsaq və qırmızı acı istiotu ət maşınından keçirin, qarışdırın.

Göyərtini doğrayın.

3-litrlik balona lay-lay düzün: pomidor + tərəvəz qarışığı + göyərti.

Sousun ərzağını qarışdırıb üstünə tokün.

Balonun ağzını bağlayıb tərsinə çevirərək soyuducuya qoyun. 8 saat sonra çevirib düz qoyun. Salat hazırdır.

Nuş olsun!


Mətbəx sirləri: Koreya üsulu pomidor
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.