Pizzanın hazırlanması

21 Mayıs 2015
2 118
0
Pizzanın hazırlanması
Pizzanın hazırlanması



Pizzanı hazırlamaq üçün lazım olan vəsaitlər aşağıdakılardır:
Xəmir üçün:

Yarım st. duru yağ
1 yumurta
2 x.q. xama
1 ç.q. quru maya
1ç.q. duz
Aparan qədər un (təxminən 2 - 3 stəkan)
Üstünə:
4 ədəd sosiska
150qr servilat kolbasa
2 bibər
2 pomidor
150 qr holland pendiri
Ketçup

Hazırlanması:
Xəmir üçün olan vəsaitlər qarışdırılır və yumşaq xəmir yoğurulur.

Xəmir isti yerdə 2 saata qədər acıdılır.
Yağlanmış sobanın qabına 0,5 sm qalınlığında yayılır. Üstünə acı və şirin ketçup yaxılır.
Sonra zövqə görə doğranmış kolbasa, sosis, pomidor bibərlər qoyulur.

200 dərəcədə bişirilir.
Bişəndən sonra çıxarılır, üstünə sürtgəcdən keçirilmiş holland pendiri sepilir və 1-2 dəqiqəliyə yenə sobaya qoyulur.
Pizzamız hazırdır,

nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.