Mətbəx sirləri: "Xrizantema" piroqu

11 Haziran 2015
1 639
0
Mətbəx sirləri: "Xrizantema" piroqu
Mətbəx sirləri: "Xrizantema" piroqu

Tərkibi:

500 q qiymə
1 baş soğan
1 diş sarımsaq
100 ml su
140 q pendir
30 q kərə yağı
duz, qırmızı və qara istiot - zövqə görə

xəmir:

125 ml süd
125 ml qatıq
7 q quru maya
1 x.q. şəkər tozu
1 ç.q. duz
1 yumurta
500 q un
6 x.q. bitki yağı

Süddə mayanı və şəkər tozunu əridin, isti yerdə 15-20 dəqiqə saxlayın.

Qatıq, duz, yumurta, bitki yağını qarışdırın, gəlmiş mayanı, unu əlavə edib yumşaq xəmir yoğurun. Xəmiri yoğurduğunuz qabın ağzına qida plyonkası çəkib isti yerdə 1 saat saxlayın. Sonra ətləyib iki yerə bölün.

Bir hissəsini yenə ləyənə qoyub, üzərinə dəsmal çəkin.

İkincini un səpilmiş masada 3-4 mm qalınlıqda yayın. Stəkanla (təxminən 7,5 sm diametrli) dairələr kəsin. Xəmirin qalıqlarını yığıb yenə kündələyin, yayıb, dairələr kəsin. Bunların üzərinə qurumaması üçün plyonka çəkin.

Bir dairənin üzərinə 1 ç.q. qiyməni yayın, bir qədər pendir səpin.
İki qatlayın, sonra bir dəfə də ortadan qatlayın.
Uclarını azca sıxıb birləşdirin. Ləçək forması alacaq.
"Ləçək"ləri 28 sm diametrli, yağlanmış və perqament döşənmiş formanın içinə yaxın-yaxın düzün.
Bir kündə bitəndən sonra ləyəndəki kündəni də eyni qaydada hazırlayın.

Ortası üçün dairələrdən 3 aypara kəsin, üzərinə qiymə çəkin. Bir kənarı sərbəst qalmaqla üst-üstə düzün, lap altdakından başlayaraq ortaya doğru rulon kimi bükün.
Piroqun ortasına qoyun.

Formanın üzərinə plyonka çəkin, 20-30 dəqiqə saxlayın.

1 yumurtanın sarısı+1 x.q. südü çalın, piroqun üzərinə çəkin.

180 dərəcə qızdırılmış sobada təxminən 35-40 dəqiqə bişirin. (Ortası çox qızararsa, üzərinə perqamentdən dairə kəsib qoyun, temperaturu 175 dərəcəyə salın).

Bişmiş piroqun üzərinə 30 q əridilmiş kərə yağı çəkin, üzərinə dəsmal çəkib 15 dəqiqə dinləndirin.

Nuş olsun!


Mətbəx sirləri: "Xrizantema" piroqu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.