Krem-brüle dondurması resepti

05 Temmuz 2015
1 561
0
Krem-brüle dondurması resepti
Krem-brüle dondurması resepti


Tərkibi:
150 q şəkər tozu
150 ml süd
200 q 10%-li qaymaq
45 q quru süd
12 q qarğıdalı nişastası
400 q 15-20%-li xama

Hazırlanması:
Şəkər tozunu əridin, kəhrəba rəngi alanda südü əlavə edib karamel əriyənədək qarışdırın.
Nişasta ilə quru südü, sonra qaymağı qarışdırın, bu qarışığı ocağın üstündəki karamelli südü qarışdıra-qarışdıra əlavə edin. Vam odda qatılaşanadək bişirin.
Karamelli qarışığı soyudun. Xama qatıb qarışdırın. Dondurucuya qoyun. Hər yarım saatdan bir çıxarıb əl blenderi ilə çalın ki, əmələ gələn buz kristalları əzilsin.
Kütlə kifayət qədər qatılaşıb blenderlə çalmaq çətinləşəndə sonuncu dəfə yaxşıca qarışdırın, dondurucuda 2 saat saxlayın.

Nuş olsun!

R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.