Koldun...

15 Temmuz 2015
1 230
0
Koldun...
Koldun...


10-12 kartof

1 baş soğan

300 q qiymə

5 yumurta

3-4 x.q. un

zeytun yağı

ədviyyat (zövqə görə)


Soğanı xırdalayın, 2 yumurta ilə birlikdə qiyməyə əlavə edin. Qarışdırıb duz, istiot vurun.

Kartofu təmizləyib sürtgəcdən keçirin, 3 yumurta və 4 x.q. un qatın. Duz-istiot vurub qarışdırın.

Tavada yağı qızdırın. Qaşıqla kartoflu kütlədən götürüb tavaya qoyun, 10-12 sm diametrdə, qaşıqla yayın.

Ortasına qiymə, qiymənin üzərinə yenidən kartoflu kütlə qoyun.

Alt üzü qızaranda çevirib o biri üzünü də bişirin (hər üzün qızarmasına 7-10 dəqiqə gərək olur).

Nuş olsun!

R..t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.