Dietik çizkeyk

18 Temmuz 2015
1 362
0
Dietik çizkeyk
Dietik çizkeyk


Tərkibi:

3 x.q. bal (şəkər tozu ilə əvəz etmək olar)

150 ml qaynar su

15 q jelatin

100 q yoqurt (yaxud xama)

40 q noxud

150 q qara qarağat


Çizkeykin əsasını hazırlamaq üçün noxudu bir gecə əvvəldən isladın, sonra isə tam bişirin.

Bişmiş noxuda 1 x.q. bal qatıb blenderdə xırdalayın.

Kənarı açılan formanın dibinə folqa, yaxud perqament döşəyin. Noxud püresini döşəyin.

Qarağatın üzərinə 150 ml qaynar su tökün, ocağın üstünə qoyun. Qaynara düşəndə götürün. Süzün, şirəsinə 1 x.q. bal qatıb qarışdırın, soyuducuya qoyun.

Süzdüyünüz qarağatı blenderdə xırdalayın, 1 x.q. bal və 10 q jelatin əlavə edin. 45 dəqiqə saxlayın.

Bu müddət keçəndən sonra qarağatla jelatin qarışığını jelatin tam əriyənədək qızdırın. Amma qaynatmayın.

Yoqurt (yaxud xama) əlavə edib qarışdırın, formadakı noxudlu əsasın üzərinə tökün. Soyuducuda 2-3 saat, ən yaxşısı - bir gecə saxlayın.

Qarağatın süzdüyünüz şirəsinə 5 q jelatin qatın, 45 dəqiqə saxlayıb şişməsini gözləyin, sonra ocağın üstündə jelatin əriyənədək qızdırın (qaynatmayın).

Donmuş yoqurt qarışığının üstündən əlavə edin, soyuducuda tam bərkiyənədək saxlayın.

Süfrəyə verərkən üzərini giləmeyvə ilə bəzəyin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.