Çiyələkli dondurma resepti

15 Ağustos 2015
1 661
0
Çiyələkli dondurma resepti
Tərkibi:
100 qram çiyələk
250 qram süd
yarım çay qaşığı nişasta
1 yumurtanın sarısı
1 çay qaşığı şəkər
50 qram portağal şirəsi
3 xörək qaşığı limon şirəsi
50 qram badam
vanil

Hazırlanması:
Çiyələk blenderdə xırdalanır. Sonra meyvə püresinin üzərinə süd əlavə edilərək, qaynadılır. Nişasta 1 xörək qaşığı suda həll edilərək, isti-isti meyvəli südlü qarışığın içərisinə əlavə olunur və qaynadılır. Qarışıq otaq temperaturuna qədər soyudulur. Yumurta sarısı şəkərlə çalınır, sonra südlü qarışıq apelsin və limon şirəs ilə birgə onun üzərinə əlavə olunur. Alınan kütlə paslanmayan formalara tökülərək, soyuducuya qoyulur. O, 5 saat buzxanada saxlanılır və mütəmadi olaraq qarışdırılır. Hazır dondurmanı badam ilə bəzəyin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.