Səhər yeməyini yemək 10 səbəbə görə vacibdir

30 Eylül 2015
2 070
1
Səhər yeməyini yemək 10 səbəbə görə vacibdir
Səhər yeməyini yemək 10 səbəbə görə vacibdir

Belə bir deyim var: Səhər yeməyini özün ye, günorta yeməyini dostuna ver, axşam yeməyini düşməninə. Səhər yeməyini yemək insan orqanizmi və sağlamlıq üçün olduqca vacibdir.
Səhər yeməyinin insan orqanizminə nə üçün lazım olduğunu oxucuların diqqətinə çatdırır.


Beyinin işi - Qidanın səhər qəbulu informasiyanın yadda saxlanılmasına və diqqətin konsentrasiyasına təsir edir

İmmunitet - Tibb sübut edib ki, müntəzəm səhər yeməyinə öyrəşən insanlar streslərə və ətraf mühitin neqativ amillərinin təsirinə ən az meyillidirlər.

Təhlükəsizlik - Qəribə olsa da, statistikaya görə, səhər yeməyi yeyən insanlar avtomobil qəzalarına çox nadir hallarda düşürlər.

Məhsuldarlıq - Əgər sizi irəlidə çox yorğun və mürəkkəb iş günü gözləyirsə, onda güclü səhər yeməyi yeməyi unutmayın. O zaman sizin orqanizminiz enerji ehtiyatını görəcək və işləmək qabiliyyətiniz 30% artacaq.

Orqanizmin aktivləşməsi - Belə bir yanlış fikir var ki, insan səhər yeməyi yediyi vaxt qəbul etdiyi kalorilərin hesabına kökəlir. Amma məsələ tam tərsinədir. Siz nə qədər tez səhər yeməyi yesəniz, orqanizminiz bir o qədər tez oyanacaq və artıq çəkiyə nəzarət etməyə kömək edən mübadilə prosesləri sürətli gedəcək. Yadda saxlayın: səhər qəbul edilən kalorilər heç vaxt piyə çevrilmir.

Enerji - Əgər siz səhər yeməyi yeməyəcəksinizsə, onda qidanın növbəti qəbulu nahara daha yaxın olacaq və bu o deməkdir ki, sizin orqanizminiz günün əksəriyyətini qidalanmadan keçəcək. Ona görə də, axşam özünüzü dəhşətli yorulmuş hiss etsəniz, təəccüblənməyin! Sizə axşama qədər enerji çatmayacaq, çünki onu səhər yeməyi ilə birlikdə itirmisiz.

Aclıq üzərində nəzarət - Amerika alimləri tərəfindən sübut edilib ki, əgər siz səhər yumurta yeyəcəksinizsə, gün ərzində güclü aclıq hiss etməyəcəksiniz və təbii olaraq daha az qida qəbul edəcəksiniz. Amma əgər hər hansı sıyıqlarla səhər yeməyi yesəniz (düyü, yulaf yarması, qarabaşaq), gün ərzində piyli qida daha az istəyəcəksiniz.

Gözəllik - Qidanın səhər qəbulu olmadan orqanizmin bütün prosesləri, həmçinin mübadilə prosesi yatır. Ona görə də piylərin parçalanması yavaşıyır və çox hissəsi ehtiyat üçün dərinin altına gedir. Bu zaman hətta gün ərzində siz çox yemək yeməsəniz belə artıq çəki problemləri yaranır.

Gimnastika- Heç olmasa səhərlər özünüzü sadə fiziki tapşırıqlara öyrəşdirin. Bu yalnız oyanmağa və gümrah olmağa kömək etməyəcək, həmçinin aclıq hiss etməyə imkan verəcək. Bu səbəbdən də, sizi daha sadə üsulla səhərlər yemək yeməyə məcbur edəcək.

Əhval-ruhiyyə - Özünüz üçün səhər yeməyinə nəsə dadlı bir yemək hazırlamağa cəhd edin. Özünüzü əzizləyin. Onda siz anlayacaqsınız ki, səhərlər sizə əhval-ruhiyyəni qaldırmağa dadlı səhər yeməyi kimi heç nə kömək etməyəcək. Ən əsası, tələsmədən səhər yeməyi yemək, sakit vəziyyətdə sizə fikirlərinizi toplamağa kömək edəcək və bütün günü pozitiv əhval ruhiyyədə olacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SaFFron
    O yazılan deyimi mamam ilk mənə demişdi.Doğru deyimdir.Məktəbə getdiyim vaxtlar səhər yeməyi yeyə bilmirdim,ama indi evdəyəm normal səhər yeməyi edə bilirəm.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.