Badamlı toyuq şorbası

25 Kasım 2015
1 243
1
Badamlı toyuq şorbası
Badamlı toyuq şorbası


Badamlı toyuq şorbasıTərkibi:Badamlı toyuq şorbası

800 q-lıq bütöv toyuq

1 st. yumru düyü

zəfəran

2 ç.q. sirkə

su

0.5 st. badam

2 x.q. kərə yağı

2 yumurtanın sarısı

1 ç.q. nişasta

1 limonun şirəsi

nar

duz


Badamlı toyuq şorbasıHazırlanması:Badamlı toyuq şorbası

Zəfəranı bir kasaya qoyub üzərinə sirkə və yarım stəkan ilıq su tökün. 2 saat saxlayıb süzün. Badamı qaynar suda 20 dəqiqə saxlayıb qabığını təmizləyin, həvəngdəstədə döyün. Toyuğu qazana qoyub üzərinə 10 st. su tökün, bişirin. Sudan çıxarıb dərisi ilə sümüyünü ayırın, ətini didin.

Başqa bir qazana 7 st. toyuq bulyonu tökün, düyünü əlavə edib bişirin.

Ayrı tavada kərə yağını əridin, döydüyünüz badamı əlavə edin. Rəngi dəyişənədək qovurun, şorbaya əlavə edin. Didilmiş toyuq əti ilə zəfəranlı suyu da qatın.

Yumurta sarıları ilə nişastanı çalın. Limon suyu əlavə edin, qaynayan şorbanın suyundan 1-2 qaşıq əlavə edib qarışdırın. Şorbanın düyüsü yumşalanda hazırladığınız sousu şorbanı qarışdıra-qarışdıra nazik axınla əlavə edin. Duz vurun, 1-2 buğum qaynayandan sonra ocaqdan götürün.

Boşqablara çəkəndən sonra üzərinə nar dənələri səpin.

Badamlı toyuq şorbasıNuş olsun!Badamlı toyuq şorbası
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    .........-BUyurun-.........
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.