Göbələkli bibər dolması

30 Kasım 2015
1 173
1
Göbələkli bibər dolması
Göbələkli bibər dolması

Tərkibi:

Bolqar bibəri - 6 ədəd,
Göbələk -300 q,
Düyü -80-100 q,
Soğan -2 baş,
Kök - 2 ədəd,
Pomidor -2 ədəd,
Bitki yağı -2 xörək qaşığı,
Duz, istiot zövqə görə.


Hazırlanması:

Bibərlərin baş hissəsini kəsərək, toxumlarından təmizləyib yuyun. Kəsdiyiniz hissəni atmayın. Düyünü soyuq suda 15-20 dəq saxlayın.
Göbələkləri də yuyub təmizlədikdən sonra xırda-xırda doğrayıb yağda qızardın. Və üzərinə kub formasında doğrayaraq soğan və sürtkəcdən keçirilmiş digər kökü əlavə edin. Kök və soğan hazır olana qədər bişirin.

Düyünü sudan çıxarıb, bişirdiyiniz tərəvəzlərlə qarışdırıb, bibərlərin içinə doldurun.

Qazana yağ əlavə edərək, halqa şəklində 2-ci soğanı doğrayıb yüngül qızardın. Üzərinə digər kökü və pomidorları sürtkəcdən keçirib əlavə etdikdən sonra, onları birlikdə tamam suyunu çəkənə qədər bişirin. Bişdikdən sonra bu qarışımı bibərləri bişirəcəyiniz qazana əlavə edin.
Bibərlərdən kəsdiyiniz baş hissləri “qapaq” kimi istifadə edib, üstünü örtün və su əlavə edərək yarım saat bişməyə qoyun.

Bişdikdən sonra yanında xama ilə yeyə bilərsiniz.


Göbələkli bibər dolması

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -elədə dadlı görünmür yenə də təşəkkürlər...
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.