Toyuqlu Qat-Qat Piroq

02 oktyabr 2014
1 798
6
Toyuqlu Qat-Qat Piroq
Toyuqlu Qat-Qat Piroq
Piroqun hazırlanması asandır, dadı da çox maraqlıdır. Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemək çıxır – yumuşaq və ləzzətli, görünüşü də qeyri adi. Nuş olsun!

Toyuqlu Qat-Qat Piroq

Təxminən 10 pay üçün

Pendirli Biskvitlər Üçün

5 yumurta
3 xörək qaşığı mayonez
3 xörək qaşığı mannı və ya adi ağ un
400 qram sürtgəcdən keçirilmiş bərk pendir (məsəl üçün Çedar pendiri. Bir neçə pendirin qarışığı da ola bilər, amma aralarında mütləq sarı rəngdə bir pendir olsun)

İçi Üçün

1 kilo çəkilmiş toyuq filesi (çəkilmiş hind quşu əti ilə əvəz edə bilərsiniz)
6 xörək qaşığı yağ (duru və ya kərə)
2 ədəd orta boy baş soğan – xırda-xırda doğrayın
Zövqə görə duz
Zövqə görə istiot
Xırda-xırda doğranmış şüyüd – zövqə görə (zəruri deyil)


Hazırlanma Qaydası

Ölçüləri 33 x 28 sm olan 2 ədəd soba listinin dibinə perqament kağızı sərin.

Sobanı 180Cdək qızdırın.

Pendirli biskvitləri hazırlayın. Bunun üçün yumurtaları mikser və ya çəngəllə yaxşıca çalın. Mayonez, mannı və ya un, və pendiri əlavə edib qarışdırın.

Toyuqlu Qat-Qat Piroq

Alınan qarışığı iki hissəyə bölüb, hazırladığınız listlərə töküb yayın.

Toyuqlu Qat-Qat Piroq

Biskvitləri sobanın orta rəfində bir az qızaranadək bişirin. Sobadan çıxardıb, kənara qoyun ki, biskvitlər soyusun.

Toyuqlu Qat-Qat Piroq

İndi isə hər biskviti ortadan (uzunlamasına deyil) ikiyə kəsin. Beləliklə 4 biskvitiniz olacaq. Yavaşca biskvitləri perqament kağızından soyub çıxardın.

Toyuqlu Qat-Qat Piroq

İçi hazırlayın. Bunun üçün tavada yağı qızrıdıb, soğanı bu yağda qızardın. Kənara qoyub soyudun. Ət, duz, istiot və göyərtini buraya əlavə edib qarışdırın.

Sobanı 160Cdək qızdırın.

Folqa kağızını iri-iri kəsib listin üstünə elə sərin ki, listin dibini tamamilə örtsünlər və şəkildəki kimi, kənarları sobadan qırağa çıxsın.

Toyuqlu Qat-Qat Piroq

Biskvitlərdən birini listin ortasına yerləşdirib, için üçdə bir hissəsini üstünə yayın.

Toyuqlu Qat-Qat Piroq

İkinci biskviti bunun üstünə yerləşdirib, içdən yayın.

Toyuqlu Qat-Qat Piroq

Beləcə davam edin. Axırıncı biskvitlə piroqu örtün.

Toyuqlu Qat-Qat Piroq

Folqa kağızının kənarlarıyla piroqu şəkildəki kimi örtün. Piroqu 50 dəqiqə ərzində bişirin.

Toyuqlu Qat-Qat Piroq

Sobadan çıxardın.

Toyuqlu Qat-Qat Piroq

Qoyun piroq folqanın içində 10-15 dəqiqə dincəlsin. Sonra isə folqanı açıb, piroqu süfrəyə verin.

Toyuqlu Qat-Qat Piroq
RƏYLƏR
_Əlinin Aşkı_
sagol dadli gorunur
Bahar
  • Bahar
  • 3 oktyabr 2014 10:19
maraqlidi tesekkurler
✰KaVkaZ GiRl✰
Maraqliydi dadliya oxwuyur))
Omrum Ikimizin
Behbehh ne gozeldi
PreNseS
Qeweng gorunur
Alessia
bele yemekleri sevmirem(( yenede cox sagol
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (53)
21:00
632

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (53)

17.07.2019 Gündəlik Bürclər (17 İyul 2019 Günlük Bürclər)
20:00
1 552

17.07.2019 Gündəlik Bürclər (17 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (206)
19:00
634

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (206)

Dərd Dənizim Yazılı Şəkilləri 2019 (15)
18:00
520

Dərd Dənizim Yazılı Şəkilləri 2019 (15)

Yeniyetməlik dövründə sağlam cinsəllik yaşanmaz
17:00
266

Yeniyetməlik dövründə sağlam cinsəllik yaşanmaz

Frida Kahlo Yazılı Şəkilləri 2019 (7)
15:00
454

Frida Kahlo Yazılı Şəkilləri 2019 (7)

Mədəni necə təmizləmək lazımdır?
14:00
157

Mədəni necə təmizləmək lazımdır?

Bürclər Haqqında Maraqlı Məlumatlar (560) - Fotolar
13:00
511

Bürclər Haqqında Maraqlı Məlumatlar (560) - Fotolar

Səhər-səhər çay içənlər DİQQƏT!
12:00
192

Səhər-səhər çay içənlər DİQQƏT!

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ