Xəmir yoğurmağı bacarmayan xanımlar üçün Lavaşlı pizza

26 Nisan 2016
2 445
1
Xəmir yoğurmağı bacarmayan xanımlar üçün Lavaşlı pizza
Xəmir yoğurmağı bacarmayan xanımlar üçün Lavaşlı pizza

Ərzaqlar


3 ədəd lavaş
3 ədəd yumurta
2 su stəkanı süd
1/ 2 çay stəkanı bitki yağı
1 xörək qaşığı qatıq
1 xörək qaşığı ketçup
4 dilim kolbasa
2 xörək qaşığı qarğıdalı
1 çay qaşığı kəklikotu
1 paket kənd pendiri

Hazırlanması:

Boşqabı yüngülcə yağlayın. İlk lavaşı boşqaba, kənarları çöldə qalacaq şəkildə, yerləşdirin.
Qalan lavaşları əlinizlə parçalayıb ayrıca boşqaba qoyun.
Bir qabda iki ədəd yumurtanı və 1 yumurtanın ağını, 2 su stəkanı südü, yarım çay stəkanı bitki yağını və 1 şorba qaşığı qatığı yaxşıca qarışdırın.
Qarışığın yarısını parçalanmış lavaşlarını üzərinə gəzdirin və kənarlarını ortaya gətirərək birləşdirin.
Qatıqlı qarışığın içinə 1 şorba qaşığı ketçubu əlavə edin. Hazırladığınız bu qarışığı yuxanın üzərinə tökün.
Kolbasa dilimlərini düzün. Qarğıdalı və kəklikotunu səpin.
Incə dilimlər halında kəsdiyiniz pendiridən kolbasanın üzərinə əlavə edin.
Orta dəəcəli istilikdə olan sobada pendirin üzəri qızarana qədər bişirin.
Növbəti Xəbər
RƏYLƏR
  1. Princess
    hazır xəmirlə bişirməyi daha çox sevirəm,özüm xəmir düzələndə elədə yaxşı alınmır..atdım seçilmişlərə bir dəfədə belə hazırlayacam..təşəkkürlər...
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.