Şokoladlı bulka ( RESEPT )

05 Haziran 2016
7 870
0
Şokoladlı bulka ( RESEPT )
Şokoladlı bulka ( RESEPT )

Tərkibi:

300 q un
2 ç.q. qabartma tozu
1 ç.q. soda
0,5 ç.q. duz
2 x.q. şəkər tozu
75 q soyuq kərə yağı
150 ml soyuq süd
tünd şokolad (60%)
1 yumurta (üzərinə)

Sobanı 210 dərəcə qızdırın. Formanın içinə perqament döşəyin.
Unu qabartma tozu, soda, duz və şəkər tozu ilə qarışdırın. Yağı bu qarışıqla ovun.
Süd töküb xəmir yoğurun. Un səpilmiş masada 3 mm qalınlıqda dördbucaqlı yayın.
12 bərabər hissəyə bölün. Hər birinin üzərinə şokolad parçası qoyun.
Xəmiri qatlayıb kənarlarını bərkidin.
Formaya düzün, üzərinə çalınmış yumurta çəkin.
Qızılı rəng alanadək, 15-20 dəqiqə bişirin.
Süfrəyə qəhvə və südlə verə bilərsiniz.

Nuş olsun!


Milli.Az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.