Biskvit zəriflik resepti

09 Haziran 2016
3 588
0
Biskvit zəriflik resepti
Ərzaqlar:

5 yumurta
1 st. şəkər tozu
5 dolu x.q. un
vanil
(Yumurtanın ağı ilə sarısını ayırın.)

Hazırlanması:


5 yumurtanın ağını yaxşıca çalın. Başqa qabda 5 yumurtanın sarısını çalın. Çalınmış yumurta ağı ilə qarışdırın. 1 st. şəkər tozunu hissə-hissə tökərək çalın (təxminən 4-5 dəfəyə). 5 dolu x.q. un və vanil əlavə edib yenə çalın.

Diametri təxminən 20 sm olan yastı qazanın içini yağlayın. Perqament döşəyin. Xəmiri tökün. Ağzına yaş dəsmala bükülmüş qapaq qoyun.
Qaz plitəsinin üzərinə bir tavanı ağzı aşağı çevirin. Qazanı onun üstünə qoyun. 1 saat ərzində vam odda bişirin. Bu müddətdə qazanın ağzını qəti surətdə açmayın. (Biskvit tort üçündə istifadə etmək olar)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.