Ətrindən və dadından doymayacağınız PORTAĞALLI KEKS

Ətrindən və dadından doymayacağınız PORTAĞALLI KEKS
İçinə portağal şirəsi sıxılmış ləzzətli, ətirli və vitamin dolu keks resepti! Asan hazırlanır, o qədər dadlı və yumşaqdır ki, səhərə qalmır, soyumasını belə gözləməyib, bişən kimi yeyirsiniz... mmm... “şişdim daha”... deyirsinizsə, o zaman ləziz portağal keksinin resepti ilə tanış olun və hazırlayın…

Ətrindən və dadından doymayacağınız PORTAĞALLI KEKS

Ərzaqlar:


Yumurta – 3 ədəd
Şəkər tozu – 1 st.
Portağal şirəsi – 1 st.
Süd – 0,5 st.
Günəbaxan yağı – 0,5 st.
Un – 2,5 st.
Qabartma tozu – 1 paket
1 portağalın rəndələnmiş qabığı
1 limonun rəndələnmiş qabığı

Keks tavasını yağlamaq üçün:


Ərinmiş kərə yağı – 1 x.q.

Üstü üçün:

Şəkər kirşanı – 3 x.q.

Qeyd: İstəkdən asılı olaraq, keksin xəmirinə darçın və quru meyvələr də vura bilərsiniz. Amma biz sadəsini etdik.

Hazırlanması:

Otaq temperaturunda olan yumurtaları və şəkər tozunu mikserdə köpüklənənə kimi çalırıq. Üzərinə günəbaxan yağı, süd, portağal şirəsi, sürtgəcdən keçirilmiş portağal və limon qabıqları əlavə edilir, həmcins olana kimi qarışdırılır.
Daha sonra qarışığa ələnmiş unu və qabartma tozunu əlavə edirsiniz, qarışdırırsınız.
Keks formasını (istədiyiniz forma ola bilər) kərə yağı ilə yağlayıb, xəmiri ora tökürsünüz. Əvvəlcədən isidilmiş sobada 170 dərəcədə təxminən 40 dəqiqə bişirirsiniz.

Ətrindən və dadından doymayacağınız PORTAĞALLI KEKS

sufrem.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.